http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“AzərEnerji” prezidenti: “Gələn il Laçında artıq 9 su elektrik stansiyası fəaliyyət göstərəcək”

25 Avqust 2023 , 20:27
“AzərEnerji” prezidenti: “Gələn il Laçında artıq 9 su elektrik stansiyası fəaliyyət göstərəcək”

Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 meqavat, illik enerji istehsalı potensialı 120 milyon kilovat/saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın rayonunda keçirilən “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

"Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb", - B.Rzayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu