http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sosioloq zibil qutularından düzgün istifadə etməyənləri cərimələməyi təklif edir

26 Avqust 2023 , 17:59
Sosioloq zibil qutularından düzgün istifadə etməyənləri cərimələməyi təklif edir

Şəhərin hər köşəsində zibil qablarının olmasına baxmayaraq, mərkəzi küçələrdə belə yerdə zibil qalıqları ilə rastlaşmaq mümkündür. İnsanların tullantıları bunun üçün ayrılmış qutulara atması istiqamətində hər dəfə daha təkmilləşdirilmiş addımlar atılsa da, ətraf mühitin məişət tullantıları ilə bağlı problemi bitmək bilmir.

Sosioloq Elçin Bayramlı "Operativ Media"ya bildirib ki, bu sahədə maarifləndirmə artıq effekt vermir, sərt cəzalar tətbiq edilməlidir.

Bir ara özlərini model adıyla təqdim edirdilər, indi "psixoloq" olublar" - Elçin  Bayramlı

O söyləyib ki, ətrafı zibilləyən, eləcə də zibil qablarından düzgün istifadə etməyən şəxslər mütləq şəkildə cərimələnməlidir:

"Bu problem görülən bütün tədbirlərə baxmayaraq, aradan qalxmaq əvəzinə getdikcə kəskinləşir. Hərçənd son dövrdə dövlət tərəfindən müasir zibil qabları qoyulub, müasir maşınlarla sistemli şəkildə bunun daşınması təşkil olunub, xeyli işçilər ayrılıb, amma hələ də ictimai davranış düzəlmir. Bunun səbəbi ilk növbədə odur ki, burada cəza mexanizmi yoxdur. Çünki bizim cəmiyyət qanunlara, qaydalara riayət etməkdə maraqlı deyil. Hər cür tullantıya uyğun zibil qutuları ayrılsa da, onlara məhəl qoyan yoxdur, bütün növ zibilləri eyni yerə atırlar, hətta zibil qablarının yaxınlığında yerə atırlar".

E.Bayramlı qeyd edib ki, insanlara ətrafa zibil ataraq xəstəliklərin yayılmasına səbəb olduğunu ancaq hüquqi-qanuni yolla başa salmaq lazımdır:

"Bu, iradla həll olunası problem deyil, gərək adam həmin hərəkətə görə 100 manat cərimə edilsin ki, bir də bunu təkrarlamasın. Bu sahədə dövlət öz öhdəsinə düşən işləri 99 % həll edib, problem sakinlərdədir. Hətta zibil torbalarını binaların balkonlarından birbaşa aşağı, yaxud şaxtalara atırlar. Dünyanın heç yerində belə biabırçılıq yoxdur. İnsanları pul cəriməsi qorxudur deyə qayda-qanunlara riayət etməyə məcbur olurlar. Digər metodlar istənilən effekti verəcək gücə sahib deyil".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu