Menyu

Səbail rayonunda yaşayış binasında yanğın olub

Nərmin Qocamanlı
Səbail rayonunda yaşayış binasında yanğın olub
1 dəq oxu

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyadan ibarət üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin dəhlizində quraşdırılan 1 ədəd elektrik lövhəsi, 3 p.m elektrik kabeli və binanın dam örtüyünün taxta atmaları 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, mənzilin və binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər