Menyu

Sədərək Ticarət Mərkəzi su altında qalıb - VİDEO - YENİLƏNİB

Nərmin Qocamanlı
Sədərək Ticarət Mərkəzi su altında qalıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

FHN-dən "Operativ Media"ya bildirilib ki, bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.

 

***

08:24

Yağışdan sonra Sədərək Ticarət Mərkəzi suyun altında qalıb.

"Operativ Media" xəbər verir ki, bəzi mağazalar yağış suları ilə dolub, sahibkarların məhsullarına ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik.

Teqlər:

"S\u0259d\u0259r\u0259k Ticar\u0259t M\u0259rk\u0259zi su alt\u0131nda qal\u0131b - V\u0130DEO - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər