Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Əziz Əzizli
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Bu barədə "Operativ Media"ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net