Menyu

Fövqaladə hallar naziri Şəkidə qəbul keçirəcək

Nərmin Qocamanlı
Fövqaladə hallar naziri Şəkidə qəbul keçirəcək
1 dəq oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 31-də Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinlərinin qəbulu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixdə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Əlaqəli Xəbərlər