http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Paytaxtda sürəti azaldılan küçələrin sayı artırılacaq”-Ekspert

28 Avqust 2023 , 13:51
“Paytaxtda sürəti azaldılan küçələrin sayı artırılacaq”-Ekspert

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda məhz piyadaların təhlükəsizliyi və qəzaların azaldılması üçün bir sıra həllər var idi. Məhz bu həllərdən biri də sürətin azaldılması və sürətə görə cərimələrin artırılmasıdır”.

Bunu “Operativ Media”ya açıqlamasında nəqliyyat məsələləri üzrə eskpert Rauf Ağamirzəyev deyib.
Eskpertin sözlərinə görə, sürətin aşağı salınması müsbət haldır. Lakin burada bir sıra məqamlar da nəzərə alınmalıdır.

“Yaxşı olardı ki, fiziki olaraq sürətli sürməmək üçün bu addımla yanaşı bəzi həllər də olardı. Çünki nişan var, sürətli sürməmək üçün tələbdir. Amma ona əməl etməyənlər ola bilər. Buna görə də, qəza riski olması da realdır. Sürəti azaldırıqsa, ona uyğun bəzi həllər də olmalıdır. Məsələn təhlükəsizlik adacıqları, zolaqların ensizləşdirilməsi, işıqlandırma ilə bağlı bəzi hallar olmalıdır”.

Rauf Ağamirzəyev onu da bildirdi ki, sürəti azaltmaqda məqsəd birbaşa qəzaları və ölüm hallarını azaltmaqdır. Çünki bu üsul özünü Avropa şəhərlərində doğruldub.

“İstənilən halda sürətin azaldılması müsbət addımdır. Çox təəssüf ki, son illərdə biz bunu görürük ki, sürətə görə ölüm halları çoxdur. Bu qərar küçələrin sakitləşdirilməsi yönündə bir addımdır. Bir çox küçələrdə biz bunu müşahidə edirik. Şəhərin mərkəz hissəsində 30 kilometr saatlıq zona da müəyyən olunub. Bəzi küçələr elan olunub hələ icra olunmayıb. Piyadalaşmış küçələrin sayı artacaq. Nizami küçəsi örnəyində gələcək də başqa bir küçənin də piyadalaşması həllərdən biridir. Bütün şəhərin daxilində sürət 50 kilometr saat olacaq. Bir çox Avropa ölkələrinin  şəhərlərində artıq qayda belədir. Bu atılan addımlara “Vision zero” konspesiyasının tərkib hissəsi kimi baxa bilərik. Piyadaların, sürücülərin təhlükəsizliyini artıran bir həlldir”.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XİN Malini təbrik edib

XİN Malini təbrik edib

XƏBƏR LENTİ
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
Menyu