Menyu

4 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Nərmin Qocamanlı
4 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, 25 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1.

"İdeal" market

Lənkəran rayonu, H.Əliyev prospekti

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

İctimai iaşə müəssisələri

2.

"La ziz Fast Food" restoranı

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 102C

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3.

"Dera" restoranı

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 28

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4.

"Zeytun" kafesi

Lənkəran rayonu, Lənkəran şəhəri, Avtovağzal ərazisi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

 

Teqlər:

"4 ticar\u0259t v\u0259 ictimai ia\u015f\u0259 m\u00fc\u0259ssis\u0259sind\u0259 n\u00f6qsanlar m\u00fc\u0259yy\u0259n olunub"

Əlaqəli Xəbərlər