http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub (FOTO)

28 Avqust 2023 , 21:46
“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub (FOTO)

Avqustun 27-də Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan “QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıb.

"Operativ Media" xəbər verir ki, üç gün ərzində təlimlərdə iştirak edən 90-a yaxın QHT təmsilçisi "Dataların yığılması və analizi", "Layihələrin hazırlanması və icra mərhələləri: “Logframe” - “Məntiqi çərçivə”nin hazırlanması və dizaynı”, “Layihə strategiyasının hazırlanması”, “Layihələrin monitorinqi və qiymətləndirilməsi" kimi mövzularda bilik və bacarıqlarını artırıb, beynəlxalq istiqamətdə fəaliyyətin genişləndirməsi üçün “yol xəritəsi” ilə tanış olub.

Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.

Qeyd edək ki, “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.

Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu