AAYDA son yeddi gün ərzində gördüyü işlərlə bağlı məlumat yayıb
Azərbaycan Avtomobil Yolları (AAYDA) tərəfindən avqustun 21-dən 28-dək olan müddətdə respublika ərazisində yolların təmiri və bərpası sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentlikdən "Operativ Media"ya bildirilib ki, həmin dövr ərzində Qəbələ rayonunun Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir, Zərdab rayonunda 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur.
Həmçinin M-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri davam edir, M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub və Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
Teqlər:
"AAYDA son yeddi g\u00fcn \u0259rzind\u0259 g\u00f6rd\u00fcy\u00fc i\u015fl\u0259rl\u0259 ba\u011fl\u0131 m\u0259lumat yay\u0131b"