Doqquz heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, avqustun 28-də aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Əliyev Füzuli Kamil oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Salmanov Aftandil |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Qələndərov Ruslan Yaqub oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Allahverdiyev Bəhruz Elman oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Baloğlanov Baloğlan Bəybala oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
|
|
Rüstəmov Ramil Rüstəm oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Rəhimov Adil Məzahir oğlu |
Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Babayev Ramiz İsmayıl oğlu |
Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasının yanı |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
Səfərov Rasim Balasət oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.