Menyu

Sentyabr ayının 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir

Nərmin Qocamanlı
Sentyabr ayının 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir

Balıqların kürüləmə dövrü ilə əlaqədar 2023-cü il mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

"Operativ Media" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.

Bildirilib ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etməməlidir. Qanunvericiliklə qadağan olunmuş ov alətlərindən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcək.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan

Teqlər:

"Sentyabr ay\u0131n\u0131n 1-d\u0259n bal\u0131q ovuna t\u0259tbiq edil\u0259n moratoriumun m\u00fcdd\u0259ti bitir"

Əlaqəli Xəbərlər