Menyu

Gəncədə taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib

Nərmin Qocamanlı
Gəncədə taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib

Avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Teqlər:

"G\u0259nc\u0259d\u0259 taksi s\u00fcr\u00fcc\u00fcs\u00fc s\u0259rni\u015fin\u0259 qar\u015f\u0131 soy\u011fun\u00e7uluq edib"

Əlaqəli Xəbərlər