Menyu

Su polisi əməliyyat keçirib, 220 metrlik sintetik tor məhv edilib

Nərmin Qocamanlı
Su polisi əməliyyat keçirib, 220 metrlik sintetik tor məhv edilib

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılar tərəfindən quraşdırılmış və uzunluğu 220 metr olan sintetik tor, eləcə də balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən aşkarlanaraq dənizdən çıxarılıb və həmin ərazidə məhv edilib.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Teqlər:

"Su polisi \u0259m\u0259liyyat ke\u00e7irib 220 metrlik sintetik tor m\u0259hv edilib"

Əlaqəli Xəbərlər