Menyu

Polislər qanvermə aksiyasında fəal iştirak ediblər

Nərmin Qocamanlı
Polislər qanvermə aksiyasında fəal iştirak ediblər

Həkim-hemotoloqlarının iştirakı ilə Astara Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib. “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər.

Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər