Menyu

Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olunub

Nərmin Qocamanlı
Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olunub

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Gərəkli, Kortala, İtitala,Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Teqlər:

"Balak\u0259nd\u0259 7 k\u0259ndin b\u0259l\u0259diyy\u0259 s\u0259drl\u0259ri bar\u0259sind\u0259 protokol t\u0259rtib olunub"

Əlaqəli Xəbərlər