Menyu

Qida sahəsində fəaliyyət göstərən 5 müəssisədə nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
Qida sahəsində fəaliyyət göstərən 5 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, avqustun 29-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 5 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

  1.  

"Grandmart" supermarket

Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507-511

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Cavid" market

Lənkəran rayonu, Lənkəran şəhəri, Bakı-Astara magistral yolu və H.Əsgərov küçəsinin kəsişməsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

İctimai iaşə müəssisələri

  1.  

"Qədim Bərdə" kafesi

Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 6

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Saxta alkoqollu içkilərin satışı
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

  1.  

"Khan Garden" kafesi

Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev 248a

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

5.

"Panorama" restoranı

Lənkəran rayonu, H.Əliyev prospekti

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

 

Teqlər:

"Qida sah\u0259sind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259n 5 m\u00fc\u0259ssis\u0259d\u0259 n\u00f6qsanlar a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər