Kanalizasiya şəbəkələri olmayan ərazilərdə binalardan çirkab sularının yığılacağı qurğulara dair tələblər müəyyənləşib
Nazirlər Kabineti “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər”i təsdiq edib.
"Operativ Media" xəbər verir ki, qərarla mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün binanın istismar təyinatından asılı olaraq tələblər müəyyən edilir.
Qərara əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab suların axıdılması zamanı sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə əməl olunması və ətraf mühitin qorunması təmin ediləcəkdir.
dəqiqələr içində saytın olsun.