Menyu

Mübariz Qurbanlı: Qeydiyyatdan keçən 38 qeyri-müsəlman dini icmasının 8-i yəhudilərə aiddir

Mübariz Qurbanlı: Qeydiyyatdan keçən 38 qeyri-müsəlman dini icmasının 8-i yəhudilərə aiddir
1 dəq oxu

Bu gün keçirilən “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir. Çünki Qafqazda yəhudi irsinin öyrənilməsi vacib məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunan ziyafətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

"Azərbaycanda bütün dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib, onlardan 8-i yəhudilərə aiddir", - deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər