Menyu

Universitetlərdə boş qalan plan yerlərinin sayı açıqlanıb

Universitetlərdə boş qalan plan yerlərinin sayı açıqlanıb

I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

"Operativ Media" xəbər verir ki, plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%).

"Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub", - deyə əlavə edilib.

Xatırladaq ki, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb.

Teqlər:

"Universitetl\u0259rd\u0259 bo\u015f qalan plan yerl\u0259rinin say\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər