Menyu

İslamşünaslıq ixtisasında boş qalan yerlərə qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Nərmin Qocamanlı
İslamşünaslıq ixtisasında boş qalan yerlərə qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1 – 4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşü­nas­lıq ixtisasını qeyd edə biləcəklər.

III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

2023-cü ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.

Teqlər:

"\u0130slam\u015f\u00fcnasl\u0131q ixtisas\u0131nda bo\u015f qalan yerl\u0259r\u0259 q\u0259bul olmaq ist\u0259y\u0259nl\u0259r \u00fc\u00e7\u00fcn qeydiyyat elan edilib"

Əlaqəli Xəbərlər