Menyu

Şirvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan satıcılar məsuliyyətə cəlb olunublar

Nərmin Qocamanlı
Şirvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan satıcılar məsuliyyətə cəlb olunublar

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. 

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"\u015eirvanda yetkinlik ya\u015f\u0131na \u00e7atmayanlara t\u00fct\u00fcn m\u0259mulatlar\u0131 satan sat\u0131c\u0131lar m\u0259suliyy\u0259t\u0259 c\u0259lb olunublar"

Əlaqəli Xəbərlər