http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Vəkillər Kollegiyası bir sıra qərarlar qəbul edib

01 Sentyabr 2023 , 21:34
Vəkillər Kollegiyası bir sıra qərarlar qəbul edib

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda ilk olaraq son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Bundan başqa, Vəkillər Kollegiyasının "Mübahisələrin alternativ həlli" Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir qrup vəkilin müraciətinə baxılaraq müsbət qərar qəbul edilib, eyni zamanda, Kollegiyanın "Biznes hüququ" Komitəsinin Əsasnaməsində və "Vəkil qurumlarının təșkili və fəaliyyəti haqqında" Qaydalara dəyişiklik layihəsinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

O cümlədən, iclasda Vəkillər Kollegiyası tərəfindən elan olunmuş "Vətənim Azərbaycan" III vəkil bədii yaradıcılıq müsabiqəsi" ilə bağlı təqdim olunmuş əsər və hekayələr qiymətləndirilib. Daha sonra gündəliyə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olma məsələsinə baxılıb.

Həmçinin, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

OXŞAR XƏBƏRLƏR
Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

XƏBƏR LENTİ
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
Menyu