Menyu

Qubada son 3 ayda narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Qubada son 3 ayda narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.  Qanunsuz dövriyyədən ümumilikdə 11  kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.
Bundan başqa rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər