http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

DYP Masallıda profilaktiki nəzarət tədbirləri həyata keçirib (FOTO)

03 Sentyabr 2023 , 09:46
DYP Masallıda profilaktiki nəzarət tədbirləri həyata keçirib (FOTO)

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallıda dövlət yol polisi əməkdaşları tərəfindən profilaktiki nəzarət tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı keçirilən profilaktik tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin müvafiq sənədləri, dövlət qeydiyyat nişanı olmadan idarə edilən mopedlər, ixrac etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkarlanıb.

Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Sürücü və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

XƏBƏR LENTİ
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
Menyu