Menyu

Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qeydiyyatdan keçib

Nərmin Qocamanlı
Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qeydiyyatdan keçib

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini rəhbər tutaraq və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində ölkə ərazisində qida zəncirinin bütün mərhələlərində, o cümlədən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası, daşınması və digər fəaliyyətləri həyata keçirən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam etdirilir.

Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC və "Bazarstore" MMC qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, müraciət əsasında bu fəaliyyət sahəsi üzrə həmin şirkətlər müvafiq qaydada qeydiyyata alınıb.

Qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin yerinə yetirilməsi ilə bağlı metodiki dəstəyin verilməsi, müvafiq tələblərin mərhələli şəkildə icrasının təmin olunması və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması ilə bağlı köməklik göstəriləcək. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində ödənişsiz olaraq Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qeydiyyatdan keçmiş həmin şirkətlərin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, qida zəncirinin bütün mərhələləri, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən sahibkarların “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblərə, o cümlədən qeydiyyatdan keçməklə bağlı tələblərə əməl etməsi zəruridir. Bildirilir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.

Onu da bildirək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytına (www.afsa.gov.az) daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.

Teqlər:

"Qida m\u0259hsullar\u0131n\u0131n da\u015f\u0131nmas\u0131 v\u0259 \u00e7atd\u0131r\u0131lmas\u0131 sah\u0259sind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259n bir s\u0131ra m\u00fc\u0259ssis\u0259l\u0259r qeydiyyatdan ke\u00e7ib"

Əlaqəli Xəbərlər