http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu il Azərbaycanda 6300-dən çox qanunsuz miqrant saxlanılıb

04 Sentyabr 2023 , 13:11
Bu il Azərbaycanda 6300-dən çox qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.

Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıb, Azərbaycana gəldikdən sonra 18 əcnəbinin sənədlərinin hazırlanmasına inandırmaq məqsədi ilə pasportlarını alıb, onların pulunu mənimsəyib və əcnəbilərin viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı 6306 əcnəbi və vətəndaşlığı olmayan şəxs saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2331 əcnəbi Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 15163 inzibati qərar qəbul edilib. Həmçinin qanunsuz miqrasiyanın təşkili və insan alveri ilə bağlı aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB 2

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB 2

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu