Menyu

Şirvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Nərmin Qocamanlı
Şirvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
1 dəq oxu

Sentyabrın 04-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Şirvan şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Əlaqəli Xəbərlər