Menyu

DİN: Binəqədidə avqustda keçirilən əməliyyatlar zamanı 30 kiloqram narkotik vasitə aşkar edilib - VİDEO

Nərmin Qocamanlı
DİN: Binəqədidə avqustda keçirilən əməliyyatlar zamanı 30 kiloqram narkotik vasitə aşkar edilib - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb. Həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Aşkar edilmiş faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

Teqlər:

"D\u0130N: Bin\u0259q\u0259did\u0259 avqustda ke\u00e7iril\u0259n \u0259m\u0259liyyatlar zaman\u0131 30 kiloqram narkotik vasit\u0259 a\u015fkar edilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər