Menyu

 Xudatda əməliyyatlar zamanı 5 nəfər saxlanılıb 

Nərmin Qocamanlı
 Xudatda əməliyyatlar zamanı 5 nəfər saxlanılıb 

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. 

DİN mətbuat xidnətindən "Operativ Media"ya verilən məlumata görə, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur.

Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Teqlər:

"\u00a0Xudatda \u0259m\u0259liyyatlar zaman\u0131 5 n\u0259f\u0259r saxlan\u0131l\u0131b\u00a0"

Əlaqəli Xəbərlər