Bakıda on heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, sentyabrın 4-də aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Abdullayev Bəhruz Adil oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
|
|
Heydərov Şahin Baba oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 32 |
İnzibati protokol tərtib edilib |
|
|
Səfərov Sənan Abdulla oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 27 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 95 |
İnzibati protokol tərtib edilib |
|
|
Tağdıqlı Elməddin Safadur oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 89 |
İnzibati protokol tərtib edilib |
|
|
İsayev Ramin Ələkbər oğlu |
Binəqədi rayonu, Binəqədi qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Təhməzov Fazil Eybulla oğlu |
Binəqədi rayonu, Binəqədi qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Kərimov Eytibar İsmayıl oğlu |
Binəqədi rayonu, Binəqədi mərkəzi |
İnzibati protokol tərtib edilib |
|
|
Rzayev Etimad Teyfur oğlu |
Binəqədi rayonu, Binəqədi mərkəzi |
İnzibati protokol tərtib edilib |
|
|
Rəncbərli Tural Şirxan oğlu |
Binəqədi rayonu, Binəqədi kəndi, Gülüstan küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.