Menyu

Bu gün Xətai və Göyçay rayonlarında qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Bu gün Xətai və Göyçay rayonlarında qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Xətai və Göyçay rayonlarında qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan “Keşlə” Qaz Paylayıcı Stansiyada (QPS) ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər