Menyu

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Nərmin Qocamanlı
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
1 dəq oxu

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin dağ çaylarında sel təhlükəsi qalmaqdadır: "Bu müddət ərzində Balakən, Şəki, Oğuz, Dağlıq Şirvan, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Gəncə, Lənkəran, eyni zamanda Qarabağ, Şərqi Zəngəzur ərazisindən axan çaylarda sel gözlənilir. Əhaliyə müraciət edərək onları bu müddət ərzində ehtiyatlı olmağa səsləyirik. Çay yataqlarına yaxınlaşmasınlar. Çünki bu onların həyatına təhlükə yarada bilər"

Əlaqəli Xəbərlər