Şəkinin Baş Göynük avtomobil yolunda selin fəsadları aradan qaldırılıb
Nərmin Qocamanlı
Yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonun Baş Göynük avtomobil yolunun 10-12-ci km-də ciddi fəsadlar törədib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, həmin avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.
Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Teqlər:
"\u015e\u0259kinin Ba\u015f G\u00f6yn\u00fck avtomobil yolunda selin f\u0259sadlar\u0131 aradan qald\u0131r\u0131l\u0131b"