Rahid Ələkbərli Naxçıvanın rabitə və yeni texnologiyalar naziri təyin edilib
Nərmin Qocamanlı
Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.
"Operativ Media" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma