Menyu

Səkkiz ay ərzində milli parklara 220 minə yaxın turist səfər edib

Nərmin Qocamanlı
Səkkiz ay ərzində milli parklara 220 minə yaxın turist səfər edib

Səkkiz ay ərzində milli parklara 219 min 24 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaşlar da olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən müddət ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Abşeron və Şahdağdır.

Qeyd edək ki, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Yay mövsümünün bitməsinə baxmayaraq, qarşıdan bizi qızılı-sarı payız mövsümü gözləyir. Bu fəsildə hər kəs müxtəlif bölgələrimizi əhatə edən, əsrarəngiz təbiəti ilə heyrətləndirən milli parklarımıza səfər edə, həftəsonlarını, istirahət günlərini təbiət qoynunda keçirə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər