http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan və Qırğızıstan fövqaladə hallar nazirləri arasında görüş olub

08 Sentyabr 2023 , 17:05
Azərbaycan və Qırğızıstan fövqaladə hallar nazirləri arasında görüş olub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev ilə görüşüb.

"Operativ Media" Nazirliyə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Qırğızıstan fövqəladə hallar nazirinin ölkəmizə səfərinin iki nazirlik arasında mövcud əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib.

2012-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərin əhəmiyyətinə toxunan nazir, Qırğızıstan fövqəladə hallar nazirinin 2021-ci ilin dekabrında ölkəmizə baş tutmuş uğurlu səfərini xatırladaraq, həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün perspektiv əməkdaşlıq Planı”nda yer alan müddəaların əhatə etdiyi əsas istiqamətlərdən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası çərçivəsində Bakıya səfərinin iki qurum arasında əlaqələrin inkişafına əhəmiyyətli töhvə verəcəyini bildirib. Qonaq sözügedən beybəlxalq sənədlər üzrə görülmüş işlərdən danışıb, münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu