Menyu

KOBİA yeni məlumat platforması yaradıb

Nərmin Qocamanlı
KOBİA yeni məlumat platforması yaradıb

Azərbaycan və Körfəz ölkələri arasında uğurla davam edən iqtisadi-ticarət əlaqələrini və əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərə alaraq, ölkələrimizin işgüzar dairələri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, yeni əməkdaşlıqların qurulmasına dəstək olmaq, bu sahədə KOB-ların rolunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni məlumat platforması yaradılıb.

"Operativ Media" KOBİA-ya istinadən xəbər verir ki,  Körfəz ölkələrinin biznes dairələri ilə əməkdaşlıq etmək, ticarət və investisiya sahəsində birgə layihələr və yeni təşəbbüslər reallaşdırmaq istəyən yerli KOB subyektləri aşağıdakı linkə daxil olmaqla sorğudan keçə bilərlər: https://bit.ly/3sILljQ

Sahibkarlardan daxil olan məlumatlardan Körfəz ölkələri ilə birgə keçiriləcək tədbir və sərgilərə yerli iş adamlarının dəvət olunması, ortaq layihə və təşəbbüslərdə yerli KOB-ların iştirakının təmin edilməsi və digər əməkdaşlıq tədbirləri üçün istifadə olunacaq.

Teqlər:

"KOB\u0130A yeni m\u0259lumat platformas\u0131 yarad\u0131b"

Əlaqəli Xəbərlər