Menyu

Cəlilabadda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Cəlilabadda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, cari il mayın 27-də Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1985-ci il təvəllüdlü Şamo Əzimovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Cəlilabad rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şamo Əzimova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Aslanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər