Menyu

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər