DGK xətti ilə büdcə daxilolmaları artıb
Nərmin Qocamanlı
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 159,4 milyon manat təşkil edib.
"Operativ Media" DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18 % artaraq 1 milyard 068,831 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4 % artaraq 2 milyard 912,714 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8 % artaraq 147,604 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28,1 % azalaraq 30,251 milyon manat olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net