Üç heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan verilən məlumata görə, sentyabrın 11-də aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
İsmayılov Malik Qardaşxan oğlu |
Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
|
|
Əsədov Ramil Barat oğlu |
Səbail rayonu ,Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Rüstəmov Faiq Famil oğlu |
Novxanı qəsəbəsi, H.Əliyev prospekti, “Bizim Kənd” ət satışı mağazası |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.