Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi tikilir
Nərmin Qocamanlı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.
"Operativ Media" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə oval tipli piyada pandusları quraşdırılacaq. Yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Teqlər:
"Ziya B\u00fcnyadov prospektind\u0259 yeni yer\u00fcst\u00fc piyada ke\u00e7idi tikilir"