http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

AZAL Naxçıvana səfər edənlərə müraciət edib

12 Sentyabr 2023 , 15:40
AZAL Naxçıvana səfər edənlərə müraciət edib

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: www.youtu.be/9PiPTkNkBSU linkinə daxil olmaqla əldə etmək olar.

Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu