Menyu

AQTA: Oğuzda aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb

Nərmin Qocamanlı
AQTA: Oğuzda aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər