Menyu

ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

Nərmin Qocamanlı
ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb
1 dəq oxu

“Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

ADY-dən "Operativ Media"ya bildirilib ki, qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.

Əlaqəli Xəbərlər