Menyu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
1 dəq oxu

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki. qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əlaqəli Xəbərlər