Menyu

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib

Nərmin Qocamanlı
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib
1 dəq oxu

Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə sürücü və sərniṣin qismində olan Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər