http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

13 Sentyabr 2023 , 11:52
Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq Kapital Bank qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 AZN məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək.

Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. Aksiyanın məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Hazırda aksiyanın imkanlarındanyararlanmaq istəyən 30-a yaxın tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib: https://bit.ly/rhttqv.

Aksiyaya qoşularaq gənclərin təhsil almaq və daha gözəl gələcək qurmaq arzularına yardımçı olmaq mümkündür. İanələri Fondun veb-saytı  https://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək olar. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək “Onu oxut”a dəstək ola bilərsiniz.

Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin komitələrinə sədr seçilib - SİYAHI

Milli Məclisin komitələrinə sədr seçilib - SİYAHI

Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib

Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib

"Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub

"Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub

XƏBƏR LENTİ
  • 13:06

    Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
    Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
  • 13:03

    Milli Məclisin komitələrinə sədr seçilib - SİYAHI
  • 13:01

    Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib
  • 12:59

    "Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub
  • 12:58

    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
  • 12:55

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:46

    VI çağırış Milli Məclis sədrinin müavinləri seçilib
    VI çağırış Milli Məclis sədrinin müavinləri seçilib
  • 12:39

    Prezident: Bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq
    Prezident: Bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq
Menyu