Menyu

Vaqif Xaçaturyan Bakıdan qızına məktub göndərib: "Hələ sağam"

Redaksiya
Vaqif Xaçaturyan Bakıdan qızına məktub göndərib: "Hələ sağam"
1 dəq oxu

İyulun 29-da Azərbaycan tərəfindən saxlanılan 68 yaşlı erməni Vaqif Xaçaturyan ailəsinə məktub göndərib. "Operativ Media" xəbər verir ki, bu barədə NEWS.am-a müsahibəsində onun qızlarından biri Tsovinar Xaçaturyan məlumat verib.

“Yazırdı: Səni düşünürəm, hələ sağam, sağ ol, hamıya salam de"- deyə Tsovinar qeyd edib.

"İndi bilirik ki, səhər-axşam dərman qəbul edir. Səhhətinin normal olduğunu deyirlər. Qırmızı Xaç ayda bir dəfə ziyarət edir"- Tsovinar Xaçaturyan bildirib.

Qeyd edək ki, iyulun 29-da Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri, Vaqif Xaçaturyan saxlanılıb.

Əlaqəli Xəbərlər